"Bakı" üçün antirekord

"Bakı" üçün antirekord

Topaz Premyer Liqasının ilk 5 turu “Bakı”nın son 11 mövsümdə ən uğursuz startı ilə tarixə düşüb. Fanat.az xəbər verir ki, beş turda 4 dəfə meydana çıxan paytaxtın eyniadlı təmsilçisi bu qarşılaşmalardan birində heç-heçə edib, 3 dəfə uduzub. 

Bakılılar indiki adı altında ilk dəfə startdakı 4 turda qələbə qazana bilməyib. 2004-cü ildən “Bakı” adı ilə çıxış edən “zolaqlılar” startda belə uzun qələbə həsrətini sonuncu dəfə “Dinamo” adı ilə yaşayıb. Buna 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt komanda ardıcıl 4 dəfə məğlub olmuşdu. Ondan sonrakı 10 mövsümdə isə startdakı 4 görüşdən ən azı birində “Bakı” azarkeşləri qələbəyə sevinmişdi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər