Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Bakı" - "Simurq" oyununun hakim-inspektoru və AFFA nümayəndəsi açıqlanıb. Fanat.az xəbər verir ki, hakimlərin işinə Kərim Ağayev qiymət verəcək. Matçın AFFA nümayəndəsi isə Rauf Hüseynli olacaq.
Bu klubların əvəzedici heyətləri arasında bu gün baş tutacaq matçın isə bütün təyinatları açıqlanıb. Hakimlər Komitəsi görüşü Elgün Hüseynova tapşırıb.
Əvəzedici heyətlər
1 oktyabr
Bakı - Simurq
Hakimlər: Elgün Hüseynov, Samir Ələsov, Müslüm Əliyev, Yusif Hüseynov.
Hakim-inspektor: Vaqif Sadıxov.
“Bakı”nın təlim məşq bazasının stadionu, süni örtüklü meydança. Saat 16.00.
Əsas heyətlər
2 oktyabr
Bakı - Simurq
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
Fanat.az