Yeni mövsümə hazırlaşan "Bakı" və "Şahdağ" yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, qarşılaşma "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutub.
Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna Qurban Hüseynov imza atıb.
"Bakı" meydana bu heyətlə çıxıb: Elxan Əhmədov, Rəvan Kərimov, Elşad Manafov, Tural Adığözəlov, Nicat Əsgərov, Qeyrət Əliyev, Müşviq İlyasov, Ülvi Quliyev, Salman Altuxanov, Kamil Nurəhmədov, Valeh Seyidov.
Fanat.az