Azərbaycanın milli komandasının AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi matç səbəbilə Topaz Premyer Liqasında fasilə yaranıb. Fasilədə növbəti turun matçına hazırlıqlarını davam etdirən "Bakı" və "İnter" yoxlama matçı keçirmək qərarına gəlib.
Fanat.az xəbər verir ki, oyunun saatında dəyişiklik edilib. Belə ki, oyun əvvəl planlaşdırıldığı kimi saat 15.00-da deyil, bir saat erkən - 14.00-da başlayacaq.
Qeyd edək ki, "Bakı" - "İnter" oyunu "Bakı"nın təlim-məşq bazasında keçiriləcək.
Fanat.az