"Bakı" ilk qələbəsini qazandı - VİDEO

"Bakı" ilk qələbəsini qazandı - VİDEO
Premyer Liqanın hazırlıqlarını davam etdirən "Bakı" bu gün 4-cü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, paytaхt təmsilçisi I divizmonda çıхış edən "Neftçala"nı sınağa çəkib.
Oyun "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutub. 5 qolun vurulduğu oyunda "Bakı" 3:2 hesablı qələbə qazanıb. Bu paytaxt təmsilçisinin qış fasiləsində ilk qələbəsi olub.
Qeyd edək ki, "Bakı" bundan əvvəl 3 oyun keçirib. Paytaхt klubu "Sumqayıt"a 1:5, AZAL-a 0:1, "İnter"in əvəzedici heyətinə 0:2 hesabı ilə yenilib.
Yoхlama oyunu
24 yanvar
Bakı - Neftçala 3:2
Qollar: Nurlan Novruzov, 5-pen. Jaba, 29. Mahir Mədətov, 71 - David Canalidze, 13-pen. Mehman Məmmədov, 15.
Bakı: Elxan Əhmədov, Eltun Hüseynov, Vuqar Bəybalayev, Elşad Manafov, Əziz Quliyev, Qeyrət Əliyev, Kamil Nurəhmədov, Ramazan Abbasov, Nurlan Novruzov, Nuran Qurbanov, Jaba.
"Bakı"nın təlim-məşq bazasının stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər