"Bakı" ikitərəfli oyun keçirib

"Bakı" ikitərəfli oyun keçirib

Yeni mövsümə hazırlıq prosesi çərçivəsində "Bakı"nın “A” komandası gündə iki məşq keçirməklə təlim-məşqlərini davam etdirir. Məşq zamanı komanda ikitərəfli oyun keçirib. Oyunçular “Qırmızılar” və “Ağlar” olmaqla iki komandaya bölünüblər.

Matç komandada qalacaq futbolçuları müəyyənləşdirmək xarakteri daşıyırdı. İkitərəfli oyun “Qırmızılar”ın 7-1 hesablı inamlı qələbəsilə yekunlaşıb.

Qalib komandanın heyətində Rauf Əliyev 4, Mindauqas Kalonas, Əfran İsmayılov və Valeh Seyidov hərəyə 1 dəfə fərqləniblər. “Ağlar”ın yeganə qolunun müəllifi isə Rəşad Abdullayev olub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər