"Bakı" əvəzedicilərə də uduzdu

"Bakı" əvəzedicilərə də uduzdu

Premyer Liqada mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Bakı" bu gün növbəti yoxlama matçına çıxıb.

Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi "İnter"in əvəzedici heyəti ilə qüvvəsini sınayıb. Bu oyunda "Bakı" 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Bakı" ilk yoxlama görüşündə də "Sumqayıt"a məğlub olmuşdu - 1:5. Paytaxt klubu yanvarın 22-də AZAL, 2 gün sonra "Neftçala" ilə qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər