"Bakılı"ya texniki məğlubiyyət verildi

"Bakılı"ya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun I turunda qeyd alınan qayda pozuntularına hüquqi qiymət verib:

* “Mil-Muğan” - “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

* “Bakı” - “Şərurspor” matçının 42-ci dəqiqəsində “Şərurspor” klubunun futbolçusu Hidayət Bəylərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

* “Energetik” - “Neftçala” matçının 86-cu dəqiqəsində “Energetik” klubunun futbolçusu Kamran Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

* “Göyəzən” - “Bakılı” matçında “Bakılı” klubu əvəzetmə limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

- Matçın hakim inspektoru və hakimlər briqadası haqqında hər iki komitə lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

* “Şahdağ” – “MOİK” matçının 87-ci dəqiqəsində hər iki klubun təqsiri nəticəsində oyunda məcburi fasilələr yaranmışdır. Oyunun başa çatmasına baxmayaraq baş vermiş iğtişaşlara görə hər iki klub 300 manat cərimə olunur. Bu hal yenidən təkrar olunarsa hər iki klub daha ciddi səkildə cərimə olunacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər