"Bakılı"nın futbolçusu qol vurub, pul istədi, rəhbərlik 100 dollar çıxardı - VİDEO

"Bakılı"nın futbolçusu qol vurub, pul istədi, rəhbərlik 100 dollar çıxardı - VİDEO
Azərbaycanın futbol üzrə I divizionun “Bakılı” - “Mil-Muğan” (3:2) oyununda maraqlı olaybaş verib.
Qələbə qolunu 90+3-cü dəqiqədə vuran Vurğun Həsənzadə “Bakılı”nın prezidenti Misir Əbilova tərəf qaçaraq “Premiyam olacaq çıxanda! Premiyamı!” - qışqırıb. Klub rəhbərlərindən biri futbolçunun istəyini dərhal yerinə yetirməyə çalışıb və cibindən 100 dollar çıxararaq əlini meydana tərəf uzadıb.
Maraqlıdır ki, qol vuran futbolçu da pulu almaq üçün həmin istiqamətdə qaçmağa başlayıb. Yalnız dördüncü hakimin müdaxiləsindən sonra futbolçunu saxlamaq mümkün olub. (“Qafqazinfo”)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər