İtaliya yığmasının futbolçusu Stefan Əl-Şaaravi AVRO-2016-nın seçmə mərhələsində qarşılaşacaqları millimizlə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları deyib:
"Azərbaycanla görüşdən gözləntilərimiz böyükdü və bu oyuna ciddi hazırlaşırıq. Bu oyun çox önəmlidi və biz bunun fərqindəyik. Əgər Bakıda qələbə qazansaq, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcəyik. Meydanda oyuna hakim olsaq və diqqətli oynasaq, evə 3 xalla qayıda bilərik. Komandamızda istedadlı futbolçular var. Hücumçularımız öz klublarında qollar vururlar. Oyun ərzində xeyli qol imkanı yaradırıq və bunları qola çevirmək üçün əlimizdən gələni edirik".
Fanat.az