Ukrayna "Dnepr"inin hücumçusu Nikola KaliniçAvropa Liqasının qrupp mərhələsi çərçivəsində "Qarabağ"la 2-ci oyun haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, o, Azərbaycan çempionuna qarşı görüşü Ukrayna çempionatının qarşılaşmaları ilə müqayisə edib.
- Bir neçə gün öncə "Qarabağ"a evdə uduzdunuz. Necə düşünürsünüz, səfərdə vəziyyəti dəyişmək mümkün olacaq?
- Hesab edirəm ki, onlardan güclüyük. Hərçənd onların da yaxşı komandaları var: braziliyalıları və Makedoniya millisinin futbolçusu yaxşı oyunçulardı.
- Yəqin razılaşarsınız ki, Bakıdakı oyun son şansınızdı?
- Mən də elə düşünürəm: qələbə qazanmalıyıq.
- Nəyə görə "Dnepr" evdə və Kiyevdə fərqli komandadır?
- Düşünürəm ki, evdə tribunalar dolu olardı. "İnter" və "Qarabağ"a qarşı Dnepropetrovskda oynasaydıq, fərqli mənzərə olardı.
- Kiyev "Dinamo"su, "Şaxtyor", yoxsa "Qarabağ"a qarşı oynamaq daha çətin olacaq?
- Hər biri çətin olacaq.
- Bəs şəxsən sizin üçün?
- Yəqin ki, kiyevlilərə qarşı.
Fanat.az