"Bakı Yunayted" UEFA Kubokuna məğlubiyyətlə başladı

"Bakı Yunayted" UEFA Kubokuna məğlubiyyətlə başladı
"Bakı Yunayted" futzal üzrə UEFA Kubokunun elit-raundunda mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, D qrupunda yer alan İngiltərə çempionu Xarkov "Lokomotiv"i ilə qarşılaşıb.
Matça yaxşı başlayan və 5-ci dəqiqədə hesabı açan "Bakı Yunayted" üstünlüyü qoruya bilməyib. İki qol buraxan Bakının adını daşıyan klub 1:2 hesabı ilə yenilib. Qrupun digər oyununda meydan sahibi "Barselona" Macarıstanın "Berettyouyfalu" klubunu 4:1 hesabı ilə udub.
Qeyd edək ki, "Bakı Yunayted" növbəti oyununu bu gün "Barselona"ya qarşı keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər