Bu il Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, 16 komandanın adına aydınlıq gəlib.
Son 3 iştirakçıdan biri Şotlandiya olub. 1-ci qrupda mübarizə aparan şotlandlar son turda İsveçrə ilə "sülh" bağlayıb (1:1) və qrup 2-cisi kimi Bakıya vəsiqə əldə edib. Bu qrupda 1-ci yeri Danimarka tutub.
6-cı qrupda yarışan Avstriya artıq liderliyi təmin etmiş Fransanı 2:1 hesabı ilə məğlub edib. Bununla da avstarliyalılar Avropa çempionatına vəsiqə qazanıb.
8-ci qrupda isə vəsiqəyə İspaniya sahib çıxıb. İspanlar son oyunda birinciliyi təmin etmiş Belçika ilə "sülh"ə razılaşıb - 0:0.
Qeyd edək ki, əsas seçmə mərhələnin 8 qrupunda 32 komanda yarışıb. 8 qrupun birincisi və 7 ən yaxşı ikinci komanda "Bakı-2016"ya vəsiqə qazanıb. İkinci yeri tutanlardan yalnız Polşa kənarda qalıb.
Avropa çempionatının bütün iştirakçıları
1. Azərbaycan
2. Belçika
3. Portuqaliya
4. İsveç
5. İngiltərə
6. Ukrayna
7. İtaliya
8. Bosniya və Herseqovina
9. Almaniya
10. Hollandiya
11. Danimarka
12. Serbiya
13. Fransa
14. İspaniya
15. Şotlandiya
16. Avstriya
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin püşkü aprelin 8-də atılacaq. Qitə çempionatı 5-21 mayda keçiriləcək.
Fanat.az