"Bakı-2016"nın bombardiri kim oldu?

"Bakı-2016"nın bombardiri kim oldu?
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb. Fanat.az xəbər verir ki, Portuqaliya yığması tarixində 6-cı dəfə qitə birinciliyinin qalibi olub.
Portuqaliyalılar finalda İspaniyadan üstün olub. Qarşılaşmada qalib müəyyənləşməyib (1:1) və çempionun adına penalti seriyasında aydınlıq gəlib. Bu zaman daha dəqiq oynayan Portuqaliya qələbə qazanıb - 5:4.
Turnirin bombardiri Portuqaliya millisindən Joze Qomes olub - 7 qol. Millimizlə qrup mərhələsindəki oyunda dubl edən futbolçu qrupda Şotlandiyanı və yarımfinalda Hollandiyanı bir, 1/4 finalda Avstriyanı 3 dəfə məyus edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər