"Bakı-2016"nın 16 iştirakçısından 10-u müəyyənləşdi

"Bakı-2016"nın 16 iştirakçısından 10-u müəyyənləşdi
Bu il Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adına böyük ölçüdə aydınlıq gəlib. Fanat.az xəbər verir ki, artıq iştirakçılardan 10-nun adı bəllidi.
Son olaraq Almaniya və Hollandiya Bakıya vəsiqə əldə edib. Seçmə mərhələnin 4-cü qrupunda 7 xal toplayan Almaniya yığması ilk yeri tutaraq, Avropa çempionatına vəsiqəni təmin edib. Bu qrupda ikinci pilləni tutan Hollandiya da Bakıda baş tutacaq qitə birinciliyində oynamaq hüququ qazanıb.
Beləliklə, "Bakı-2016"ya vəsiqə qazanmış komandaların sayı 10-a çatıb: Azərbaycan, Ukrayna, İngiltərə, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Portuqaliya, İsveç, Belçika.
Qeyd edək ki, Avropa çempionatı 5-21 may tarixlərində keçiriləcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər