Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında iştirak edəcək komandaların Bakıya gələcəyi tarix və vaxt dəqiqləşib.
Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 5-dən 21-dək keçiriləcək yarış üçün ilk olaraq Bakıya İngiltərə yığması gələcək. Onlar aprelin 29-da, saat 18.25-də paytaxtımızda təşrif buyuracaqlar.
Ölkəmizə sonuncu olaraq, ispanlar gələcəklər. Bu yığma mayın 3-də saat 22.15-də Bakıya çatacaq.
| Komanda | Tarix | Vaxt |
| İngiltərə | 29 aprel | 18:25 |
| Ukrayna | 29 aprel | 02:35 |
| Belçika | 1 may | 21:10 |
| Fransa | 1 may | 18:35 |
| Almaniya | 1 may | 20:20 |
| Avstria | 2 may | 21:10 |
| Danimarka | 2 may | 21:10 |
| Şotlandiya | 2 may | 00:55 |
| İsveç | 2 may | 20:20 |
| Bosniya və Herseqovina | 3 may | 00:55 |
| İtaliya | 3 may | 16:50 |
| Hollandiya | 3 may | 00:55 |
| Portuqaliya | 3 may | 00:55 |
| Serbiya | 3 may | 12:10 |
| İspaniya | 3 may | 22:45 |
Fanat.az