"Bakı-2015": Üzgüçülərimiz 15-ci yeri tutdu - YENİLƏNİB

"Bakı-2015": Üzgüçülərimiz 15-ci yeri tutdu - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarının üzgüçülük yarışlarına yekun vurulacaq. Fanat.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində Azərbaycan yığmasının üzvləri də start xəttinə çıxıb.
 
Dorian Fazekaş 50 metr məsafəyə sərbəst üsulla üzməkdə ilkin mərhələni adlamağı bacarmayıb. O, finiş xəttinə 24,53 saniyəyə çataraq, 60 idmançı arasında 53-cü olub.
Anna Mançenkova isə batterflyay üsulu ilə eyni məsafəni qət edib. 50 iştirakçının qatıldığı yarışda 49-cu olan təmsilçimiz 30,98 saniyə nəticə göstərib.
 
Yığmamız isə 4x100 metr məsafəyə kombinə olunmuş estafetdə qüvvəsini sınayıb. 3 dəqiqə 52,91 saniyə nəticə göstərən komandamız 17 iştirakçı arasında 15-ci yeri tutub.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər