"Bakı-2015" I Avropa Oyunlarında voleybol yarışları davam edib. Fanat.az хəbər verir ki, bu gün qadın voleybolçular medalçıları müəyyənləşdirib.
Üçüncü yer uğrunda oyunda millimiz Serbiyanı sınağa çəkib. Komandamız iki dəfə hesabda önə keçsə də, serblər bərabərliyi təmin edib. Nəticədə cütün taleyi tay-brekdə həll olunub. Bu zaman daha dəqiq oynayan Serbiya yığması bürünc medala sahib çıхıb - 3:2. Millimiz isə Avropa Oyunlarını 4-cü yerdə başa vurub.
Finalda isə Türkiyə və Polşa milliləri qarşılaşıb. Türkiyə 3:0 hesablı qələbə ilə qızıl medala sahib çıxıb.
Voleybol
Qadınlar
27 iyun
3-cü yer uğrunda oyun
Azərbaycan - Serbiya 2:3 (25:21, 19:25, 25:17, 14:25, 9:15)
Final
Türkiyə - Polşa 3:0 (25:11, 25:19, 25:13)
Fanat.az