"Bakı-2015": Türkiyə millimizin finala gedən yolunu bağladı - YENİLƏNİB

"Bakı-2015": Türkiyə millimizin finala gedən yolunu bağladı - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular yarımfinal matçlarını keçirib. Fanat.az хəbər verir ki, mərhələnin hər iki oyunu eyni gündə baş tutub.
Əvvəlcə Polşa və Serbiya yığmaları qarşılaşıb. Polşalılar 3:2 hesablı qələbə qazanaraq finala çıxıb.
Milli komandamız isə Türkiyəni sınağa çəkib. Gərgin keçən matçda türklər tay-brekdə qələbə qazanıb - 3:2. Komandalar "Bakı-2015"in qrup mərhələsində də qarşılaşmışdı. Həmin oyunda türklər 3:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, Türkiyə qızıl medal uğrunda matçda Polşanı sınağa çəkəcək. Millimiz isə "bürüc" döyüşündə Serbiyanı sınağa çəkəcək
 
Voleybol
Qadınlar
Yarımfinal
Polşa - Serbiya 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12)
Türkiyə - Azərbaycan 2:2 (25:21, 23:25, 25:19, 23:25, 15:11)
3-cü yer uğrunda oyun
27 iyun
16.00 Azərbaycan - Serbiya
Final
27 iyun
18.30 Türkiyə - Polşa
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər