"Bakı-2015": Qılıncoynadanlarımız yenə uğursuz çıxış etdi - YENİLƏNİB

"Bakı-2015": Qılıncoynadanlarımız yenə uğursuz çıxış etdi - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına daha 2 dəst medalın sahibi müəyyənləşəcək. Fanat.az xəbər verir ki, qadınlar rapira, kişilər şpaqada növündə mükafatçıları müəyyənləşdirir.
 
Kişilərin qrup mərhələsində 35 idmançı mübarizəyə qatılıb. Onlar 5 qrupda qüvvəsini sınayıb. Azərbaycanın 4 şpaqaçısı da bu mərhələdə mübarizə aparıb.
 
Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib. Şpaqaçılarımızdan yalnız ikisi qələbə sevinci yaşayıb. Kənan 2, Mehrab 1 dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. 6 oyunun hamısında yenilən Nəcəflə Vəkil isə 7-ci olub. Qrup mərhələsindəki uğursuzluq qılıncoynadanlarımızın 1/16 finaal yüksəlməsinə imkan verməyib və təmsilçilərimiz mübarizəni dayandırıb.
 
Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparıb. Bu yarışda ölkəmiz təmsil olunmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər