"Bakı-2015": Millimiz sonuncu, Rusiya çempion oldu - YENİLƏNİB

"Bakı-2015": Millimiz sonuncu, Rusiya çempion oldu - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunları başa çatıb. Fanat.az хəbər verir ki, sonuncu gündə çimərlik futbolu yarışlarına yekun vurulub.
Əvvəlcə 7-ci yerin sahibi müəyyənləşib. Azərbaycan millisi sonuncu olmamaq üçün Macarıstanla qarşılaşıb və 2:3 hesabı ilə yenilib. Komandamızın heyətində Elvin Quliyev Sabir Allahquliyev fərqlənib. Bununla da yığmamız Avropa Oyunlarını sonuncu pillədə başa vurub.
Ardınca 5-ci yer uğrunda matç keçirilib. İspaniya Ukraynanı 6:3 hesabı ilə yenərək yarışı 5-ci yerdə başa vurub.
3-cü yer uğrunda qarşılaşma İsveçrə və Portuqaliya arasında baş tutub. 11 qolun vurulduğu oyuna 6:5 hesablı qələbə qazanan portuqaliyalılar bürünc medallara sahib çıxıb.
Final matçında isə İtaliya və Rusiya üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan ruslar Avropa Oyunlarının qızıl medalarını qazanıb.
Çimərlik futbol
28 iyun
7-ci yer uğrunda oyun
Macarıstan - Azərbaycan 3:2
Qollar: Viktor Fekete, Qabor Simone (2) - Elvin Quliyev, Sabir Allahquliyev.
5-ci yer uğrunda oyun
Ukrayna - İspaniya 3:6
Qollar: İqor Borsuk, Aleksandr Korniçuk, Andrey Borsuk - Daniel Pajon, Ezekuel Serrera, Llorenk Qomes, Salvador Ardil, Nikolas Alvarado, Xose Antonio Mayor.
3-cü yer uğrunda oyun
İsveçrə - Portuqaliya 5:6
Qollar: Filip Borer (2), Sandro Spakkarotella, Morits Caeqqi, Noel Ott - Nuno Belçior (3), Bruno Torres, Cordan Santos, Alan Kavalkanti.
Final
İtaliya - Rusiya 2:2
Qollar: Qabriel Qori, Alessio Frainetti - İqor Şaykov, Yuri Qorçinski, İlia Leonov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər