"Bakı-2015": Millimiz Portuqaliyaya 3 qol vurub uduzdu - YENİLƏNİB

"Bakı-2015": Millimiz Portuqaliyaya 3 qol vurub uduzdu - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir. Fanat.az хəbər verir ki, bu gün qrup mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyənləşib.
A qrupunda Ukrayna və İsveçrəyə məğlub olaraq, ilk iki yerə şansını itirən Azərbaycan yığması bu dəfə daha güclü rəqiblə qarşılaşıb. Komandamız son tura lider kimi girən Portuqaliya önünə çıxıb. Bu matçın nəticəsindən asılı olmayaraq, Portuqaliya mübarizəni yarımfinalda davam etdirəcək, Azərbaycan millisi isə 5-ci yer uğrunda yarışacaqdı. Millimiz oyuna yaxşı başlayıb və 3:0 hesablı üstünlük əldə etsə də, sonda məğlub olub - 4:6. Komandamızın heyətində Sabir Allahquliyev dubl edib, Asif Zeynalovla Ramil Alıyev fərqlənib.
Qrupumuzun digər oyununda İsveçrə Ukraynanı 5:3 hesabı ilə yenərək yarımfinala vəsiqəni təmin edib. 
 
B qrupunda isə hər şey axırıncı turda həll olunub. İtaliya Macarıstanı 5:4 hesabı ilə yenərək ilk pilləni tutub. Rusiya isə İspaniyanı 5:3 hesabı ilə udaraq yarımfinala çıxıb.
Çimərlik futbolu
III tur
26 iyun
 
A qrupu
İsveçrə - Ukrayna 5:4
Azərbaycan - Portuqaliya 4:6

1.

Portuqaliya

3

3

0

17-13

8

2.

İsveçrə

3

2

1

17-14

6

3.

Ukrayna

3

1

2

11-11

3

4.

Azərbaycan

3

0

3

9-16

0

B qrupu
İtaliya - Macarıstan 5:4
Rusiya - İspaniya 5:3

1.

İtaliya

3

2

1

12-9

6

2.

Rusiya

3

2

1

14-12

6

3.

İspaniya

3

2

1

9-8

4

4.

Macarıstan

3

0

3

9-15

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər