"Bakı-2015" I Avropa Oyunlarında 13-14 İyun tarixlərində ən populyar idman növündən biri – karate üzrə yarışlar keçirilib.
Dünyada 100 milyondan çox insan karate ilə məşğul olur. "Bakı-2015"də səslənən əsas fikirlərdən biri də karatenin Olimpiya hərəkatı tərəfindən tanınmağa layiq olması ilə bağlı idi.
Bu məqsədlə karate yarışları öncəsi tamaşaçılara karate ilə bağlı maarifləndirici xarakterli video-çarxlar da nümayiş etdirilib. İdmançılar karatenin 2020 Tokio Olimpiya Oyunlarına salınması üçün şüarlar səsləndiriblər.
Kristal Zalda 3-də iki gün davam edən mübarizə dörd sessiyadan ibarət olub. Bu zaman iki kata medal yarışı və 10 fərdi kumite medal yarışı baş tutub.
İlk Avropa Oyunlarında karate yarışı ilə bağlı bəzi məlumatlarla tanış olun:
İştirakçıların sayı - "Bakı-2015"də beş çəki dərəcəsində qadınlar və kişilər arasında kumite və kata üzrə fərdi yarışlarda 96 idmançı (48 kişi və 48 qadın) mübarizə aparıb.
Medallar - Hər kateqoriya üzrə 6 medal olmaqla, ümumilikdə 12 medal dəsti təqdim olunub.
TİTULLU İDMANÇILARI
Azərbaycandan Rafael Ağayev - 4 dəfə dünya çempionu, 9 dəfə Avropa çempionu olmaqla, ümumilikdə 13 yüksək səviyyəli yarışda qızıl medal əldə edib.
İspaniyadan Sançez Ceymi - Dünyü çempionudur. Reytinqə görə, dünya üzrə 4-cü, Avropa üzrə 1-ci yerdə qərarlaşıb.
İspan Damiyan Hüqo Quintero - 19 yaşında üç müxtəlif yaş qrupu - gənclər, universitet və böyüklər arasında milli çempionatın qalibidir. Avropa çempionatının ikincisi, dünya çempionatında 5-ci yerin sahibidir.
MARAQLI MƏQAMLAR
*“Karatenin Maradonası" Rafael Ağayev Avropa Oyunlarında keçirdiyi görüşlərdə son anda qələbə çalıb. Alman Nuh Biçlə görüşün taleyini sona 25 saniyə qalmış yuko fəndi ilə həll edib. O, finalın taleyini də gec həll edib. Belə ki, italyan Luici Busa ilə görüşdə o yeganə xalı sona yeddi saniyə qalmış əldə edərək qızıl medal qazanıb.
*İspan Damiyan Hüqo Quintero 7 il katadan kənarda qalsa da, asanlıqla adaptasiya olub. O, idmana geri qayıdan kimi 2011-ci ildə Avropa çempionatında qalib çıxıb. Ötən il il Bremendə keçirilən Dünya çempionatının komanda yarışlarında və bu il İstanbulda keçirilən Avropa Çempionatında qazanılan qızıl medallar qazanıb.
*Türk karateçisi Burak Uyqur bu il İstanbulda keçirilən Avropa çempionatında Niyazi Əliyevə məğlub olub. İndi isə Bakıda Niyazi Əliyevdən revanşını alıb. “O, məni öz vətənimdə məğlub etdi. İndi isə mən onu öz vətənində məğlub etdim” deyən Burak etiraf edib ki, Niyazi Əliyev tanıdığı ən güclü karateçilərdən biridir.
QALİBLƏRİN SİYAHISI
KİŞİLƏR
KATA
Damian Huqi Quintero (ispaniya) –qızıl
Mattia Busato (İtaliya) – gümüş
Yakan Mehmet – Türkiyə- bürünc
Kumite -60 kq çəki dərəcəsi:
Firdovsi Fərzəliyev (Azərbaycan) – qızıl
Luka Meraska (İtaliya) - gümüş
Emil Pavlov (KYMR) – bürünc
Kumite -67 kq çəki dərəcəsi:
Burak Uyğur (Türkiyə) – qızıl
Stiven de Kosta (Fransa) – gümüş
Niyazi Əliyev (Azərbaycan) – bürünc
Kumite -75 kq çəki dərəcəsi:
Rafael Ağaev (Azərbaycan) – qızıl
Luigi Busa (İtaliya) – gümüş
Elmar Eltemur (Türkiyə) – bürünc
Kumite -84 kq çəki dərəcəsi:
Ayxan Mamayev (Azərbaycan) – qızıl
Mixail Gergios Tzanos (Yunanıstan) – gümüş
Uğur Aktas (Türkiyə) – bürünc
Kumite +84 kq çəki dərəcəsi:
Enes Erkan (Türkiyə) – qızıl
Jonatan Horn (Almaniya) – gümüş
Martin Nesterovski (KYMR) – bürünc
QADINLAR
KATA
Sandra Sançez Ceymi (İspaniya) – qızıl
Sandi Skordo (Fransa) – gümüş
Dilara Boxan (Türkiyə) – bürünc
Kumite -50 kq çəki dərəcəsi:
Serap Özçelik (Türkiyə) – qızıl
Bettina Plank (Avstriya) – gümüş
Aleksandra Reçia (Fransa) – bürünc
Kumite -55 kq çəki dərəcəsi:
Emili Toui (Fransa) – qızıl
Yelena Kovaçevic (Xorvatiya) - gümüş
İlahə Qasımova (Azərbaycan) – bürünc
Kumite -61 kq çəki dərəcəsi:
Lusia İqnase (Fransa) – qızıl
Merve Çoban (Türkiyə) – gümüş
Ana Lenard (Xorvatiya) – bürünc
Kumite -68 kq çəki dərəcəsi:
İrina Zaretska (Azərbaycan) - qızıl
Alisa Tereza Buçinqer (Avstriya) – gümüş
Marina Rakoviç (Monteneqro) – bürünc
Kumite +68 kq çəki dərəcəsi:
Masa Martinoviç (Xorvatiya) – qızıl
Meltem Hocaoğlu (Türkiyə) – gümüş
Vanna Zaytseva (Rusiya) – bürünc
Fanat.az