Bu gün "Bakı-2015" I Avropa Oyunlarında üzgüçülük yarışlarında 8 dəst medalın sahibi müəyyənləşəcək. Fanat.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində keçirilən yarışların ilkin mərhələsində Azərbaycan üzgüçüləri də mübarizə aparıb.
Təmsilçilərimizdən Kamran Cəfərov və Dorian Fazekaş 100 metr məsafəyə sərbəst üsulla üzməkdə qüvvəsini sınayıb. 1-ci qrupda çıxış edən Cəfərov məsafəni 57,43 saniyəyə qət edib. O, 5 idmançı arasında 4-cü olub.
Macarıstan əsilli Fazekaş 2-ci qrupda çıxış edib. Dorian 54,34 saniyə nəticə ilə 10 üzgüçü arasında 8-ci olub.
Cəfərov və Fazekaş yarımfinala yüksələn 16 üzgüçü sırasında düşə bilməyib. Belə ki, 65 iştirakçı arasında ən yaxşı nəticəyə imza atanlar növbəti mərhələyə vəsiqə əldə edib. Bunun üçün idmançılarımız ən azı 51,29 saniyəlik nəticəyə imza atmalı idi.
Fanat.az