"Bakı-2015" daha 5 ölkədə yayımlanacaq

"Bakı-2015" daha 5 ölkədə yayımlanacaq

"Bakı-2015" Avropa Oyunları Azərbaycandan başqa beş Avropa ölkəsində də canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, bu məqsədlə Əməliyyat Komitəsi beş Avropa ölkəsi ilə əsas yayımla bağlı saziş imzalayıb.

İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniya da I Avropa Oyunlarının yayımlanmasını təmin edəcək ölkələr sırasına daxil edilib. Bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Sloveniya və Portuqaliyanın ödənişli "Sport TV" adlı ictimai televiziya yayımı şirkətləri Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq.

 

Təşkilat Komitəsindən (TK) qeyd edilib ki, "Bakı-2015" artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə sahibdi. Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı “Açılış” və “Bağlanış” mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində "Bakı-2015" Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. "Sport TV" şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

 

Qeyd edək ki, ilk Avropa Oyunlarının yayımlanmasının təşkili üçün müqavilə bağlanmış ölkələrin sayı hazırda 47-yə çatıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər