"Bakı-2015": Boks yığmamızdan 3 qızıl, 3 bürünc medal - YENİLƏNİB

"Bakı-2015": Boks yığmamızdan 3 qızıl, 3 bürünc medal - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər keçirilir. Fanat.az xəbər verir ki, kişi boksçular 7, qadın idmançılar 3 çəkidə mübarizəni davam etdirir.
 
10 çəki dərəcəsinin 5-də yarımfinal, 5-də final qarşılaşmaları keçirilir. Albert Səlimov, Pərviz Bağırov, Xaybula Musalov və Abdulqadir Abdullayev finala çıxıb, Yana Alekseyevna yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib. Elvin Məmişzadə və Lorenzo Sotomayor isə qızıl medala sahib çıxıb.
Bundan əvvəl boksçularımızdan Teymur Məmmədov (+81 kq) qızıl, Məhəmmədrəsul Məcidov (+91) və Anna Əlimərdanova (54 kq) bürünc medal qazanmışdı.
 
Kişilər
60 kq
Təcrübəli boksçumuz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib. 1/4 finalda bolqarıstanlı Elian Dimitrovu mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolda da qarşısı alınmaz olub. 3:0 (29:28, 30:27, 29:28) hesablı qələbə qazanan Səlimov "qızıl" şansını saxlayıb. Onun finaldakı rəqibi Sofiane Oumiha (Fransa) olacaq. Sabah keçiriləcək döyüş saat 18.15-də başlayacaq.
 
69 kq
Daha bir qızıl medal ümidimiz Pərviz Bağırov da finala vəsiqə üçün döyüşüb. Onun yarımfinaldakı rəqibi böyük britaniyalı Joş Kelli olub. Avropa çempionumuz bu dueldən də qalib ayrılıb. Rəqibinə heç bir şans verməyərək, 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə qələbə qazanan Bağırov finala vəsiqəni təmin edib. Həmyerlimiz çempionluq üçün rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək. Bu döyüş sabah saat 18.45-də olacaq.
75 kq
Millimizin aparıcı üzvlərindən Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Boksçumuzun üstünlüyü şəraitində keçən qarşılama növbəti qələbəmizlə başa çatıb. Rəqibini 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edən Musalov da finala yüksəlib. Onun finaldaklı Mixael O Reylli (İrlandiya) rəqibi olacaq. Döyüş sabah saat 19.15-də başlayacaq. 
91 kq
Azərbaycanın daha bir təmsilçisi Abdulqadir Abdullayev də bu gün finala vəsiqə qazanıb. O, çempionluq yoluna davam etmək üçün rusiyalı Sadam Maqomedovlə qarşılaşıb və 3:0 (29:28, 29:28, 29:28) hesablı qələbə qazanıb. Abdulqadir finalda erməni əsilli ukraynalı Qevorq Manukyanla qarşılacaq. Döüş sabah saat 19.45-də start götürəcək.
Final
52 kq
Boks yığmamıza ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb. 23 yaşlı idmançımız həlledici döyüşdə özündən 8 yaş böyük olan italiyalı Vinçenzo Pikkardi ilə qarşılaşıb və 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
64 kq
Finala qədər döyüşdüyü 4 rəqibini də böyük hesabla üstələyən Lorenzo Sotomayoru həlledici görüşdə güclü rəqiblə qarşılaşıb. O, London-2012-nin bürünc medalçısı Vinçenzo Manqiakapre ilə qüvvəsini sınayıb. Sotomayor güclü rəqibi üzərində 3:0 (29:28, 29:28, 29:28) hesablı qələbə qazanıb. Bu Azərbaycanın boksda 3-cü, ümumilikdə 17-ci qızıl medalı olub.
Qadınlar
60 kq
Bu çəkidə inamla irəliləyən Yana Alekseyevna yarımfinalda olduqca çətin rəqiblə qarşılaşıb. Təmsilçimiz London Olimpiadasının qalibi Keti Teylorla döyüşüb və 1:2 hesabı ilə uduzub. Buna baxmayaraq Yana bürünc medalı təmin edib. Bu Azərbaycanın 47-ci medalı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər