"Bakı-2015": Badmintonçularımız qrupdan çıxa bilmədi - YENİLƏNİB

"Bakı-2015": Badmintonçularımız qrupdan çıxa bilmədi - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında badminton yarışlarında qrup mərhələsinə yekun vurulacaq. Fanat.az xəbər verir ki, III turda Azərbaycan təmsilçiləri də növbəti sınağına çıxıb.
 
Təklərin yarışında çıxış edən Kamran Rzayev B qrupunda son matçını keçirib. İtaliyalı Rosario Maddaloniyə 2 setdə uduzan badmintonçumuz qrupda 3-cü yeri tutub. Bununla da o, 1/8 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.
 
Rzayevin Orxan Qələndərovla çıxış etdiyi cütlük isə rusiyalılar Vladimir İvanov və İvan Sozonovlə görüşüb. Qrup lideri ilə oyunda da hər iki setdə uduzan badmintonçularımız yarışı set qazanmadan başa vurub. 1/4 finala çıxmamağı II turdan sonra rəsmiləşən təmsilçilərimiz qrupda sonuncu pilləni tutub.
 
Badminton
24 iyun
 
Təklər
B qrupu
III tur
Kamran Rzayev (Azərbaycan) - Rosario Maddaloni (İtaliya) 0:2 (6:21, 15:21)
Mişa Zilberman (İsrail) - Samuel Kali (Malta) 2:0 (21:3, 21:4)

1

Mişa Zilberman (İsrail)

2

2

0

4-0

84-35

2

Rosario Maddaloni (İtaliya)

3

2

1

4-2

111-76

3

Kamran Rzayev (Azərbaycan)

3

1

2

2-4

71-112

4

Samuel Kali (Malta)

2

0

2

0-4

41-84

Cütlər
B qrupu
III tur
Vladimir İvanov/İvan Sozonov (Rusiya) - Kamran Rzayev/Orxan Qələndərov (Azərbaycan) 2:0 (21:7, 21:8)
18.20 Emre Vural/Sinan Zorlu (Türkiyə) - Bastian Kersodi/Qaetan Mittelheyser (Fransa) 0:2 13:21, 16:21

1

Vladimir İvanov

İvan Sozonov (Rusiya)

3

3

0

6-0

126-65

2

Bastian Kersodi

Qaetan Mittelheyser (Fransa)

3

2

1

4-2

112-81

3

Emre Vural

Sinan Zorlu (Türkiyə)

3

1

2

2-4

93-105

4

Kamran Rzayev

Orxan Qələndərov (Azərbaycan)

3

0

3

0-6

46-126

 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər