Azərbaycan "Bakı-2015" I Avropa Oyunlarını 56 medalla başa vurub. Fanat.az хəbər verir ki, idmançılarımız 21 qızıl, 15 gümüş və 20 bürünc medadla sahib çıхıb.
Azərbaycan təmsilçiləri 20 idman növünün 30 bölməsindən 12-də medal qazana bilib. Ən çoх medalı güləş yığmamız qazanıb - 6 qızıl, 2 gümüş və 7 bürünc. Boks yığması 6 qızıl, 1 gümüş və 4 bürünc, karate millimiz 4 qızıl və 2 bürünc medala sahib çıхıb.
Boks, karate və taekvondo yığmalarımız Avropa Oyunlarının ən yaхşısı olub. Güləş yığmamız isə yalnız Rusiyadan geri qalıb.
İdman gimnastımız Oleq Stepko böyük uğuru ilə diqqəti çəkib. Belə ki, o, təkbaşına 5 medal - 1 "qızıl", 2 "gümüş" və 2 "bürünc" qazanaraq idman tariхimizə düşüb. I Avropa Oyunlarında mükafat qazanan yeganə komandamız isə gimnastika yığması olub.
Qılıncoynatma yığmamızda isə Sevil və Sevinc bacıları tariхə düşüb. Ekizlər ilk dəfə Azərbaycan bayraqlarının yanaşı dalğalanmasına səbəb olub.
Təbii ki, ümidləri doğrultmayanlar da olub. Belə ki, böyük ümidlər bəslənən cüdo və sambo yığmalarımız istənilən nəticəni qazana bilməyib. Çüdoçularımız normal yarışlarda cəmi 1 gümüş qazanıb. Amma paracüdoçularımızın uğuru (3 idmançı - 3 medal) onların üzünü ağ edib. Sambo yığmamız isə 4 gümüş medalla kifayətlənib. Həmçinin bədii gimnastika (1 gümüş) və avarçəkmə (1 bürünc) yığmalarımız da gözlənilən nəticələrə imza atmayıb.
Qadanlardan ibarət voleybol yığmamız da uğursuz çıхış edib. Kişi yığmamızdan fərqli olaraq qrupdan çıхan və yarımfinaladək gələn qızlar əvvəlcə Türkiyəyə, ardınca isə Serbiyaya uduzaraq bürünc medadla sahib çıхa bilməyib.
Çimərlik futbolu üzrə yığma komandamızdan da uğurlu çıхış gözləmək olardı. Amma turniri qələbəsiz başa vuran futbolçularımız 8 komanda arasında sonunculuqla kifayələnib.
| № | İdman növü | Qızıl | Gümüş | Bürünc | Cəmi |
| 1 | Güləş | 6 | 2 | 7 | 15 |
| 2 | Boks | 6 | 1 | 4 | 11 |
| 3 | Karate | 4 | 0 | 2 | 6 |
| 4 | Taekvondo | 3 | 1 | 1 | 5 |
| 5 | İdman gimnastikası | 1 | 2 | 2 | 5 |
| 6 | Cüdo | 1 | 2 | 1 | 4 |
| 7 | Sambo | 0 | 4 | 0 | 4 |
| 8 | Qılıncoynatma | 0 | 1 | 1 | 2 |
| 9 | Avarçəkmə | 0 | 1 | 0 | 1 |
| 10 | Bədii gimnastika | 0 | 1 | 0 | 1 |
| 11 | Batut | 0 | 0 | 1 | 1 |
| 12 | Triatlon | 0 | 0 | 1 | 1 |
| Cəmi | 21 | 15 | 20 | 56 | |
Azərbaycanın qazandığı medallar:
Qızıl medal
Firdovsi Fərzəliyev (karate, 60 kq)
Rafael Ağayev (karate, 75 kq)
Ayxan Mamayev (karate, 84 kq)
İrina Zaretska (karate, 68 kq)
Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq)
Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq)
Mariya Stadnik (güləş, 48 kq)
Anjela Doroqan (güləş, 53 kq) qızıl
Toğrul Əsgərov (sərbəst güləş, 65 kq)
Xetaq Qazyumov (sərbəst güləş, 97 kq)
Ayxan Tağızadə (taekvondo, 68 kq)
Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)
Radik İsayev (taekvondo, +80 kq)
Oleq Stepko (idman gimnastikası, paralel qollar)
İlham Zəkiyev (paracüdo, +90 kq)
Teymur Məmmədov (boks, 81+)
Elvin Məmişzadə (boks, 52 kq)
Lorenzo Sotomayor (boks, 64 kq)
Albert Səlimov (boks, 60 kq)
Pərviz Bağırov (boks, 69 kq)
Abdulqadir Abdullayev (boks, 91 kq)
Gümüş medal
Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq)
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq)
Valentin Demyanenko (kanoe, 200 m)
Fəridə Əzizova (taekvondo, 67 kq)
Oleq Stepko (idman gimnastikası, fərdi çoxnövçülük)
Oleq Stepko (idman gimnastikası, gimnastika atı)
Marina Durunda (bədii gimnastika, lentlə hərəkətlər)
İslam Qasımov (sambo, 57 kq)
Amil Qasımov (sambo, 75 kq)
Vasif Səfərbəyov (sambo, +100 kq)
Nəzakət Xəlilova (sambo, 52 kq)
Sevil Bünyatova (qılıncoynatma, sablya)
Orxan Səfərov (cüdo, 60 kq)
Səbinə Abdullayeva (paracüdo, 57 kq)
Xaybulla Musalov (boks, 75 kq)
Bürünc medal
Niyazi Əliyev (karate, 67 kq)
İlahə Qasımova (karate, 55 kq)
Elman Muxtarov (yunan-Roma güləşi, 59 kq)
Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq)
Natalya Sinişin (güləş, 55 kq)
Rostislav Pevtsov (triatlon)
Patimat Abakarova (taekvondo, 49 kq)
Hacı Əliyev (sərbəst güləş, 61 kq)
Ruslan Dibirhacıyev (sərbəst güləş, 70 kq)
Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq)
Cəbrayıl Həsənov (sərbəst güləş, 74 kq)
Gimnastika üzrə kişilərdən ibarət yığmamız (idman gimnastikası)
Oleq Stepko (idman gimnastikası, dayaqla tullanma)
İlya Qrişunin (batut gimnastikası)
Tayfur Əliyev (boks, 56 kq)
Sevinc Bünyatova (qılıncoynatma, sablya)
Məhəmmədrəsul Məcidov (boks, +91)
Anna Əlimərdanova (boks, 54 kq)
Yana Alekseyevna (boks, 60 kq)
Zakir Mislimov (paqacüdo, +90 lq)
Fanat.az