Azərbaycanın ev sahibliyi etdiiyi I Avropa Oyunlarının ilk günündə qadın voleybolçular mübarizəyə başlayıblar. Fanat.az xəbər verir ki, hər qrupda 3 oyun baş tutub.
A qrupunda İtaliya Belçikanı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Azərbaycan millisi Rumıniya ilə qarşılaşıb. İlk iki setdə qələbə qazanan yığmamız (25:20, 25:18), üçüncü setdə rəqibinə yenilib (27:29). Komandamız son setdə böyük üstünlük qazanaraq (25:15) qələbəni bayram edib. Qrupun son matçında Polşa və Türkiyə üz-üzə gəlib. Türklər polşalılara 2:3 hesabı ilə yenilib.
B qrupunun ilk matçında Serbiya Xorvatiyanı darmadağın edib - 3:0. Qrupun digər oyunlarında Almaniya Bolqarıstanla qarşılaşıb və çərin qələbə qazanıb - 3:1. Qrupun son oyununda Hollandiya Rusiyanı 3:1 hesabı ilə udub.
I Avropa Oyunları
I tur, Qadınlar
A qrupu
İtaliya - Belçika 3:0 (25:22, 25:20, 25:20)
Azərbaycan - Rumıniya 3:1 (25:20, 25:18, 27:29, 25:15)
Polşa - Türkiyə 3:2 (18:25, 26:24, 18:25, 25:17, 15:11)
B qrupu
Serbiya - Xorvatiya 3:0 (25:17, 25:17, 25:17)
Almaniya - Bolqarıstan 3:2 (25:22, 24:26, 10:25, 28:26, 15:10)
Hollandiya - Rusiya 3:1 (25:19, 21:25, 25:22, 25:21)
Fanat.az