"Bakı-2015": Azərbaycan finlərə uduzdu, Türkiyə serbləri uddu - YENİLƏNİB

"Bakı-2015": Azərbaycan finlərə uduzdu, Türkiyə serbləri uddu - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında kişi voleybolçular mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, "Kristal Zal"da keçirilən yarışın iki qrupunda 6 oyun baş tutub.
 
A qrupunda ilk oyun Serbiya və Türkiyə arasında keçirilib. "Ay-ulduzlular" 3:1 hesabı ilə qalib. Milli komandamız Finlandiyanı sınağa çəkib. İlk iki setdə qələbə qazanan yığmamız üstünlüyü qoruya bilməyib və uduzub - 2:3. Qrupun son matçında Polşa və Fransa qarşılaşıb - 3:2.
B qrupunun bütün oyunları eyni hesabla başa çatıb. Belə ki, Slovakiya İtaliyanı, Belçika Bolqarıstanı, Almaniya Rusiyanı 3:1 hesabı ilə yenib. 
 
Voleybol
Kişilər
I tur
 
A qrupu
Serbiya - Türkiyə 1:3 (15:25, 25:21, 20:25, 18:25)
Azərbaycan - Finlandiya 2:3 (25:22, 25:21, 18:25, 18:25, 13:15)
Polşa - Fransa 3:2 (25:27, 25:20, 25:20, 10:25 15:10)
 
B qrupu
Slovakiya - İtaliya 3:1 (25:23, 25:22, 22:25, 25:21)
Belçika - Bolqarıstan 3:1 (25:23, 25:22, 22:25, 25:21)
Almaniya - Rusiya 3:1 (20:25, 25:20, 23:25, 21:23)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər