"Bakı-2015": Ayağı qıcolduğuna görə uduzdu

"Bakı-2015": Ayağı qıcolduğuna görə uduzdu
Dünya gümüş medalının sahibi, turnur öncəsi favortlərdən biri sayılan almaniyalı Karolin Qolubitski qıcolmadan şikayət edir. Fanat.az xəbər verir ki, o, Avropa Oyunlarında qadınların rapira ilə fərdi yarışların 1/4 finalında uğursuzluğunu bununla əlaqələndirib.
Qolubitski italiyalı Alise Volpi ilə 1/4 görüşünün ilk dəqiqələrində sağ baldı əzələsinin qıc olduğunu bildirir. Yoxsa, 15:5 hesabı ilə məğlub olmazdı: "Mənim sağ baldırımda qıcolma var idi. Bu, pis idi, amma heç nə etmək mümkün deyildi. Bu, utancvericidi. Mən yarışa yaxşı başlamamışdım və heç yaxşı da bitirə bilmədim".
Digər yarımfinalda Volpi onun həmyerlisi rusiyalı Adelina Zaqidullinayla (RUS) qarşılaşacaq.
İkinci yarımfinalda Yana Alborova (RUS) və İtaliyalı Valentina Sipriani (ITA) qarşılaşacaq. Alborova sonuncu oyunda alman Anna Saueri 15-11 hesabı ilə, Sipriani isə alman idmançı Eva Hempeli 15-11 hesabı ilə təslim edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər