"Bakı-2015": Almaniya çempion oldu

"Bakı-2015": Almaniya çempion oldu

"Bakı-2015" I Avropa Oyunlarında kişi voleybolçuların mübarizəsi başa çatıb. Fanat.az хəbər verir ki, bu gün yarışın medalçıları müəyyənləşib.

3-cü yer uğrunda oyunda Polşa və Rusiya milliləri qarşılaşıb. 3:1 hesablı qələbə qazanan ruslar bürünc medallara sahib çıхıb.

Finalda isə Bolqarıstan və Almaniya milliləri üz-üzə gəlib. Almanlar 3:1 hesablı qələbə ilə yarışın qalibi olub.

Qeyd edək ki, qadın voleybolçuların yarışında Türkiyə qızıl, Polşa gümüş, Serbiya bürünc medal qazanıb, millimiz 4-cü olub.

Voleybol

Kişilər

28 iyun

3-cü yer uğrunda oyun

Polşa - Rusiya 1:3 (24:26, 25:23, 23:25, 23:25)

Final

Bolqarıstan - Almaniya 1:3 (16:25, 18:25, 31:29, 21:25)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər