"Azərreyl" Çempionlar Liqasına qələbə ilə başladı

"Azərreyl" Çempionlar Liqasına qələbə ilə başladı
Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" komandası ilk oyununu keçirib.  Fanat.Az xəbər verir ki, ölkə çempionunun yer aldığı C qrupundakı ilk rəqibi Polşanın "Dabrova Qornitsa" komandası olub.
Bakı Voleybol Mərkəzində keçirilən qarşılaşmanın ilk seti Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb - 25:21. Lakin Polşa komandası ikinci setdə üstünlüyü ələ alıb və 25:15 hesablı qələbə qazanıb. Üçüncü setdə isə yenidən "Azərreyl" rəqibə öz gücünü göstərib. Bu dəfə meydan sahibləri 25-22 hesabı ilə üstün olub.
Görüşün 4-cü setində Azərbaycan təmsilçiləri 28-26 hesabla, ümumilikdə isə 3:1 hesabı ilə qalib gəlib.
"Azərreyl" növbəti qarşılaşmasını yanvarın 11-də Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcək. Komandamızın sonrakı ev oyunlarını fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək. Bakıdakı qarşılaşmalar 18:00-da başlayacaq.
Yanvarının 25-də Fransada "Sen-Rafael"lə qarşılaşacaq komanda fevralın 28-də isə Polşada meydana çıxacaq.
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" ilk görüşünü İtaliyada "İmoko Volley"ə qarşı keçirib. Həmin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər