"Azərbaycanla oyunun nəticəsi vacibdi"- QƏTƏRLİ FUTBOLÇU

"Azərbaycanla oyunun nəticəsi vacibdi"- QƏTƏRLİ FUTBOLÇU

“Düzdü, Azərbaycanla oyun yoldaşlıq görüşüdü. Ancaq bizim üçün çox vacibdi”. Fanat.Az xəbər verir ki, bu sözləri Qətər millisinin “milliləşdirilmiş” futbolçusu Pedro Migel dilə gətirib.

 

Portəgiz oyunçu bu gün Dohada baş tutacaq matçın əhəmiyyətindən söz açıb: “Azərbaycanla oyunun ardından İranla çox vacib görüşə çıxmalıyıq. Bu qarşılaşmanın nəticəsi ümumi ab-havaya təsirsiz ötüşməyəcək.  İranla oyunda qələbədən başqa yolumuz yoxdu”.

 

Qeyd edək ki, Dohada reallaşacaq Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər