"Azərbaycanla oyunun ilk yarısında 2 top üstünlüyümüz olsa da..."

"Azərbaycanla oyunun ilk yarısında 2 top üstünlüyümüz olsa da..."
Avstriyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Verner Qreqoritsx dünən millimizlə Bakıda baş tutan seçmə mərhələ oyunu (2:0) ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, rəqib çalışdırıcı bunları deyib:
"Artıq birinci hissədə hesabda 2 top üstünlüyümüz olsa belə, oyunun sonuna qədər gərgin mübarizənin şahidi olduq. Qarşılaşmanın bu məcrada keçəcəyini əvvəlcədən bildiyimiz üçün futbolçulara hesabdan asılı olmayaraq arxayınlaşmamağı tövsiyə etmişdik. Azərbaycan yığmasına bir neçə gün sonra Almaniya komandası ilə keçirəcəyi oyunda uğurlar arzulayıram”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər