"Azərbaycanla oyunda ilk qolu erkən vurmalıyıq" - "İnter"in futbolçusu

"Azərbaycanla oyunda ilk qolu erkən vurmalıyıq" - "İnter"in futbolçusu
"Klubdan sonra yığmaya köklənmək heç də asan olmayacaq. Ancaq düşünürəm ki, Azərbaycanla matç yaxşı keçəcək. Biz mümkün olduğu qədər ilk qolu erkən vurmalıyıq, sonra gec ola bilər. Onlarla ilk oyunumuzdan tamamilə fərqli matç olacaq. Fanat.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının üzvü İvan Perişiç deyib.
Almaniyanın "Volfsburq" klubunu yenicə Milan "İnter"inə dəyişmiş cinah hücumçusu millimizlə oyunla bağlı fikirlərini bildirib. İvan Bakıda isti, bu matçdan 3 gün sonra Osloda sərin havanın onları gözlədiyini də bildirib: "Ümid edirəm ki, biz hər 2 matçda qalib gələcəyik. Azərbaycanda bizi hazırlıq keçmək üçün uyğun olmayan isti hava gözləyir. Norveçdə isə özümüzü hava baxımından evdəki kimi hiss edəcəyik. Biz beynimizdə bu oyunlara yaxşı köklənməliyik. 2 qələbə Bolqarıstan və Malta ilə oktyabrdakı oyunlara kimi hər şeyə aydınlıq gətirəcək". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər