Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil Azərbayacanla Bakıda baş tutan oyuna toxunub. Fanat.Az xəbər verir ki, şansları dəyərləndirən mütəxəssis bunları söyləyib:
"Norveç" üzərində qələbə bu komandadan 7 oyun aralanmağımıza kömək edəcək. Bu isə qalan 5 oyun üçün yaxşı fərqdir. Çexiya San-Marinonu yenəcək. Almaniyanın da Azərbaycanı məğlub edəcəyi gözlənilir. Bu mənada Norveçə qalib gələrək, 2-ci pillədəki yerimizi möhkəmlədə, Çexiya ilə xal fərqini əvvəlki kimi saxlaya, Norveçdən isə aralana bilərik.
Azərbaycanla oyunda diqqətli olmalıyıq. Çünki oyun vaxtı bizim üçün əlverişli deyil. Bakıya iyunda gedəcəyik. Digər tərəfdən, Azərbaycanla oyunumuz üçün 2 günlük bərpa prosesi və 5 saatlıq uçuş müddətimiz olacaq. Bu isə bizə ikiqat ağırlıq törədəcək. Bu mənada evdə Norveçi yenməliyik ki, Azərbaycanla qarşılaşmaya yüksək səviyyədə köklənə bilək.
Qeyd edək ki, 4 turdan sonra "C" qrupuna 12 xala malik Almaniya başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədir. Sonuncu yerdə gedən San-Marinonun isə xalı yoxdur. Martın 26-da Azərbaycan Almaniyanı, San-Marino Çexiyanı, Şimali İrlandiya isə Norveçi qəbul edəcək. (report.az)
Fanat.Az