"Azərbaycanla oyuna laqeyd yanaşdıq" - Alman futbolçu

"Azərbaycanla oyuna laqeyd yanaşdıq" - Alman futbolçu

"Düşünürəm ki, oyuna bir qədər laqeyd yanaşdıq və tam köklənə bilmədik. Bu səbəbdən, işimizi çətinə saldıq".

Fanat.Az xəbər verir ki, bu sözləri Almaniya yığmasının futbolçusu Benedikt Hövedes Azərbaycan millisini 4:1 hesabı ilə yendikləri oyunla bağlı danışarkən deyib.

Almaniyanın "Şalke" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyuna bir qədər laqeyd yanaşıblar. Hövedesin fikrincə, görüş məhz bu səbəbdən çətin alınıb: "Qələbə seriyamızı davam etdirmək istəyirdik, lakin buna özümüzə əlavə çətinlik yaratmaqla nail olduq". 

Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan millisi isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər