Serbiya yığmasının üzvü Aleksandr Mitroviç millimizlə oyunla bağlı danışıb. Fanat.az xəbər verir ki, hücumçu oyunun vacib oduğubu bildirib:
"Azərbaycanla oyun bizim üçün son dərəcə vacibdi. Çünki AVRO-2016-nın seçmə mərhələ oyununa yaxşı hazırlaşmağımız lazımdı. Yaxşı oyun göstərib, qələbə qazanmaq lazımdır. Azərbaycana qalib gəlməyə borcluyuq".
Qeyd edək ki, Azərbaycan - Serbiya matçı iyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə saat 20.00) başlayacaq. Bu matçdan sonra Serbiya millisi iyunun 13-ü AVRO-2016nın seçmə mərhələsi çərçivəsində səfərdə Danimarka ilə üz-üzə gələcək.
Fanat.az