Şimali İrlandiya millisinin futbolçusu Konnor Maklaflin Mixael Kadleç DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Fanat.az xəbər verir ki, irlanda futbolçu millimizdən də danışıb:
"Həmişə ən güclü ilə qarşılaşmaq, özünü göstərmək istəyirsən. Almaniya dünya çempionudu. Düşünürəm ki, doğma meydanda onları büdrədə bilərik. Qrupumuzda olan digər komandaların hamısını məğlub etmək gücündəyik. Çexiya və Norveçin yaxşı komandalar olması, həmçinin ənənələri və əvvəlki yarışlardakı nəticələrini bilirik. Amma biz onları özünəinam sayəsində üstələyə bilərik. Azərbaycan və San Marino ilə görüşlərdə qalib gəlməliyik. Onda biz final mərhələsinə çıxmaq şansı əldə edəcəyik".
Fanat.az