"Azərbaycanla görüşdə hədəfimiz 3 xaldır"- Karel Yarolim

"Azərbaycanla görüşdə hədəfimiz 3 xaldır"- Karel Yarolim

“Dünya çempionatına qatıla bilməyəcəyimiz dəqiqləşib. Planlarımızı arzuladığımız şəkildə həyata keçirə bilmədiyimizə görə çox məyusuq. Buna rəğmən, seçmə mərhələnin son görüşlərində yaxşı futbol sərgiləmək istəyirik”. Fanat.Az xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

 Cari tsiklin son matçlarını Azərbaycan və San Marinoya qarşı keçirəcək yığmanın çalışdırıcısı ölkəsinin mətbuatına danışıb: “Bizim üçün hər oyun önəmlidi. Azərbaycan və San Marino ilə görüşlərdə maksimum nəticə qazanmağı hədəfləmişik. Uğur naminə bacardığımızı edəcəyik. Ardıcıl 2 qələbə qazansaq, komandamız reytinqini yaxşılaşdıracaq. Belədə, növbəti püşkatmada daha yüksək səbətdə yer ala bilərik”. 

 

Qeyd edək ki, Azərbaycan - Çexiya matçı oktyabrın 5-də keçiriləcək.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər