"Azərbaycanın heyətində güclü oyunçular var"

"Azərbaycanın heyətində güclü oyunçular var"
"Əlimizdə olan imkanları dəyərləndirə bilmədiyimizə görə çox üzgünəm. Oyunda 3 imkanımız olsa da, bundan yararlana bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri futzal üzrə millimiz Avropa çempionatının pley-off mərhələsində millimizə 1:3 hesabı ilə uduzan Slovakiya yığmasının baş məşqçisi Marian Berkı deyib.
Bakıdakı ilk oyunda uduzan baş məşqçi bunları deyib: "Rəqibin heyətində güclü oyunçular var. Tək braziliyalılar yox, bütün oyunçular yaxşı oynadılar. Braziliyadan olan oyunçular görüşün taleyini həll etdilər. Biz cavab qarşılaşmasında yaxşı təsir bağışlamaq üçün ikiqat məşq edəcəyik. Cavab qarşılaşması üçün bütün diqqətlərimizi ayıracağıq. Millinizin əvvəlki oyunlarını da izləmişdik. Çox yaxşı oynayırlar. Peter Halkonun ölkənizə gəlməməsi viza ilə bağlı idi. Onun pasportunun vaxtı bitmişdi. Bu arenaya 6-7 il əvvəl "Slov-Matik" klubu ilə gəlmişdik. Onda "Araz"a qarşı oynamışdıq. Bu dəfə arenanız yenilənib. İnanmıram ki, Trnavada bu qədər azarkeşimiz olsun".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər