Oyundan-oyuna "artırırıq". Norveçlə oyun buna sübutdu. Görüşü yüksək səviyyədə keçirdik, layiqli qələbə qazandıq”. Fanat.Az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının çalışdırıcısı Maykl Onil deyib.
DÇ-2018-in seçmə mərhələsində Norveçi 2:0 hesabıyla yenən adalılar iyunun 10-da yığmamızın qonağı olacaq. Britaniyalıların baş məşqçisi millimizlə oyunun önəmindən danışıb: “Norveç yendik, mövqeyimizi yaxşılaşdırdıq. Əsas rəqiblərimiz sayılan Çexiya və Azərbaycandan öndəyik. Qarşıda bizi daha bir çətin oyun gözləyir. Azərbaycanı səfərdə udsaq, bu rəqiblə xal fərqi 6-ya yüksələcək. Bacarsaq, Çexiya və Almaniya ilə ağır rəqabətə girəcəyik. Bakıdakı oyun çox gərgin mübarizə şəraitində keçəcək”.
Fanat.Az