"Azərbaycanı məğlub etmək çətindir"

"Azərbaycanı məğlub etmək çətindir"

Norveç millisi oktyabrın 8-də Bakıda Azərbaycan millisi ilə dünya çempionatının seçmə oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Belarusla yoldaşlıq və Almaniya ilə rəsmi oyunlarda çıxan heyətdə dəyişikliklər olacaq. Belə ki, hücumçu Tarik Elyunussi və müdafiəçi Veqar Eqqen Hedenstad yenidən yığmaya cəlb olunub.

Bu barədə Norveç millisinin baş məşqçisi Per Matias bunları deyib: "Tarik "Olimpiakos"da yaxşı çıxış edir. O orda oynayaraq qollar vurub və bu onu göstərdi ki, biz Tariki az tanımışıq. Hedenstad çox zədə ilə uğraşıb, ancaq son bir neçə oyunda öz klubu üçün sabit və yaxşı çıxış edib".

Ötən seçmə oyunda Almaniyaya öz meydanında 0:3 uduzan norveçlilərin baş məşqçisi Azərbaycan səfərinə 3 xal gözüylə baxdığını ifadə edib: "Prinsip etibarilə bu seçmə mərhələ əvvəlkinə çox bənzəyir. Onda biz ilk matçda İtaliyaya uduzmuşduq, indi isə Almaniyaya. İndi biz səbirsizliklə xallar götürəcəyimiz görüşləri gözləyirik. Növbəti 3 oyunda 9 xal qazanmaq istəyirik, ancaq 7 xal da çox yaxşı nəticə olar".

Ötən seçmə mərhələdə Bakıda Azərbaycana 1:0 qalib gəlmiş Norveç millisinin təcrübəli məşqçisi rəqibin çətin keçiləsi komanda olduğunu bildirib: "Azərbaycanı məğlub etmək çətindir. Biz ötən il Bakıda bu komanda ilə oyunda bunu görmüşük. Onlar Bakıda Xorvatiya ilə 0:0 oynamışdılar. Biz sərt və çətin olan bu oyuna hazırıq".

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər