"Azərbaycanı ciddiyə almalı olduğumuzu bilirik"- Şay Makkartan

"Azərbaycanı ciddiyə almalı olduğumuzu bilirik"- Şay Makkartan

"Millidə oynamaq şansı qazandığım üçün şadam. Qrup ikincisiyik və Azərbaycanla oyunda müsbət nəticə naminə əlimizdən gələni etməliyik". 

Fanat.Az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan yığmasının qonağı olacaq Şimali İrlandiyanın hücumçusu Şay Makkartan deyib.

Ingiltərənin 2-ci liqa təmsilçisi "Akkrinqton Stenli" klubunun forvardı əlavə edib: "Türkiyədə hazırlaşmağımız işimizə yarayacaq. Bu, iqlimə uyğunlaşmaq baxımından yaxşı fürsətdi. Rəqibi ciddiyə almalı olduğumuzu bilirik". 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər