"Azərbaycandan olan qadın İspaniyada klub alıb"

"Azərbaycandan olan qadın İspaniyada klub alıb"
Azərbaycandan olan qadın iş adamı İspaniyada futbol klubu alıb. "Report" xəbər verir ki, bunu "Championat" nəşrinə müsahibəsində İspaniyanın II Divizionunda çıxış edən "Marbel" klubunun prezidenti Aleksandr Qrinberq bildirib.
İspaniyada kluba sahib olan yeganə rusiyalı iş adamı jurnalistin "ispan klublarının idarəçiliyində keçmiş Sovet İttifaqından olan başqa kimlərsə var?" sualına belə cavab verib: "Eşitdiyimə görə, guya "B" Divizionunda çıxış edən bir klubu Azərbaycandan olan qadın alıb. Bəlkə, sadəcə, şayiədi. Ruslara gəldikdə isə, məncə məndən başqa yoxdu".
Fanat.az qeyd edir ki, Gülnarə Xanbabayeva adlı soydaşımız İspaniyanın 3-cü liqasında "Baku Hellin Deportivo" klubunun prezidentidi. O, həmçinin Azərbaycan-İspaniya Qardaşlıq Cəmiyyətinin sədri vəzifəsini tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər