"Biz Bakıda yaxşı oynadıq. Amma əsas məsələ Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız oldu". Fanat.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi deyib.
Millimiz üzərində 3:1 hesablı qələbəni dəyərləndirən futbolçu bunları deyib: "Bu oyunun İtaliya yığmasının ifasında ideal matç olduğunu düşünmürəm. Çünki bu görüşü qol buraxmadan da başa vura bilərdik. Buraxdığımız qol epizodu zamanı mənimlə Çiellini arasında anlaşılmazlıq yarandı. Şadam ki, fasiləyə üstün yollana bilik. İkinci hissədə isə istədiyimizə nail olduq".
Fanat.az