Bakının AZAL və "İnter" klublarının sabiq futbolçusu Enyo Krastovçev Azərbaycan karyerası barədə danışıb. Fanat.Az xəbər verir ki, bolqar hücumçu vətənində verdiyi müsahibədə AZAL-a formada olmadan transfer olunduğunu, "İnter"də daha böyük məbləğdə əmək haqqı aldığını deyib və Azərbaycan Premyer Liqasının özəlliyindən söz açıb:
"Mən iki dəfə məşq etdim. Dərhal ayaq əzələlərimdə ağrılar başladı. Amma onlar mənə müqavilə təklif etdilər. Çünki Ukrayna "Volın"ı ilə matçda çətinliklə oynasam da, qol vurmuşdum. Müqavilə bağladıqdan sonra həmyerlim Robert Petrovla eyni komandada yer aldım. Bu, yeganə turnirdir ki, klub rəhbərləri, məşqçilər və menecerlər içmək və rejimi əməl etməmək sarıdan problem görmürlər. Onlar çərimə kəsmir, hansısa cəza tədbirinə əl atmırlar".
Qeyd edək ki, Enyo Krastovçev 2010-2011 mövsümünün ikinci yarısında AZAL-da, 2011-2012 mövsümündə isə "İnter"də forma geyinib. O, iki komandada üst-üstə 3 qol vurub.
Fanat.Az