"Azərbaycanda futbol olsaydı, 49 yaşında meydana çıxmazdım"

"Azərbaycanda futbol olsaydı, 49 yaşında meydana çıxmazdım"

Qusarın "Şahdağ" klubu hər kəsi təəccübləndirməyə davam edir.

 

Azərbaycan çempionatının I divizionunda yarışan "Şahdağ"ın heyətində "Şəmkir"ə qarşı 49 yaşlı futbolçu oynayıb. Bu göstəriciylə Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirən Habil və Kamil Nurəhmədov qardaşlarının atası Kamran Nurəhmədovdur. 80-ci dəqiqədə Ramil Mansurovun yerinə daxil olan 49 yaşlı futbolçu "Şahdağ"ın yeni transferidir.

 

Qəribədi ki, Kamran Nurəhmədov Rusiya çempionatının 3-cü divizionunda yarışan Dağıstanın "Leki" klubunun da baş məşqçisi və oyunçusudur.

 

"Şahdağ"da meydana çıxmasıyla bağlı "Futbol+" qəzetinə danışan Kamran Nurəhmədov heç bir çətinlik hiss etmədiyini deyib:

 

"Azərbaycanda futbol var? Bu ölkədə futbol elə mənim oynaya biləcəyim səviyyədədir. Burda normal futbol olsaydı, mən oynamazdım".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər