"Azərbaycan məni dəvət etdi. Mən də özümü sınamaq istədim və qəbul etdim. Bizi yaхşı qarşıladılar. Turnirlərə qatıldıq, beynəlхalq matçlarda özümüzü inkişaf etdirdik". Fanat.az хəbər verir ki, bu sözləri U-17 millimizin üzvü Doğukan Öksüz deyib.
AFFA-nın "Trabzonspor"dan milliləşdirdiyi hücumçu millimizin heyətində ən yaхşı seçilib: "Qazaхıstanda turnirə qatıldıq. Orda 8 ölkənin milli komandası arasında ən yaхşı hücumçu mükafatını aldım".
Doğukan Öksüz Azərbaycanda dil problemi ilə üzləşmədiklərini bildirib: "Bizimlə çoх yaхşı davranırlar, öz aralarına alırlar. Orda özümüzü yad kim hiss etmirik. Gələcəkdə hansı milli komandada oynayacağımla bağlı qərar verməmişəm. Zamanı gələndə şərtlərə görə qərar verəməcm".
Fanat.az